1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir. Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (2019-cu ildən Naruhito) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir.